Faydalı məsləhətlər

TƏHLÜKƏSİZLİK YOXLAMALARI

Biz hər dəfə yola düşmədən əvvəl qısa yoxlama keçirməyi tövsiyə edirik – bu, bir dəqiqədən artıq çəkməyəcək.

Boş vintlər

Ön təkəri yerin üzərinə bir neçə düym aşağı endirərək səs salan və ya boşalmış görünən hər hansı hissəni yoxlayın. Boşalmış ola biləcək hər hansı vintləri bərkidin.

Şinlər və disklər

  • Velosipedi bütün ağırlığınızla əyərək şinin təzyiqini yoxlayın və şinlərin yan tərəfə nə qədər çökdüyünü müəyyən edin. Şinlər boşalmış görünürsə bir az hava vurun.
  • Şinin üzərində və yanlarda hər hansı kəsik izlərinin olub-olmadığına diqqət edin, lazım gələrsə zədələnmiş şini əvəzləyin.
  • Diskləri havada sərbəst şəkildə fırladın və əmin olun ki, onlar vertikal və ya yanlara doğru bir neçə sm-dən çox kənara çıxmırlar. Bu, əyləc sisteminə və balansa təsir edə bilər, buna görə də velosipedi yenidən istifadə etmədən əvvəl diski mərkəzləşdirin.
  • Əyləclər

  • Əyləc tutacaqlarının sükana qədər çəkilə bilmədiyindən əmin olun, lazım gələrsə, kabeli bərkidin.
  • Yola düşmədən əvvəl əyləcin tez buraxılması funksiyasının bağlı vəziyyətdə olmasından əmin olun.
  • Sərbəst buraxma tutacaqları

    Təkərlərdə və oturacaq altındakı sərbəst buraxma rıçaqlarının düzgün tənzimlənməsindən və təhlükəsiz olduğundan əmin olun.

    Sükan və oturacaq

    Oturacaq, sükan, sükan gövdəsinin, siqnalın təhlükəsiz olduğundan və təsadüfdən hərəkət etdirilməyəcəyindən əmin olun. Əgər yeyilmişsə, əyləc tutacaqlarını dəyişdirin.

    Əyləc və sürət rıçaqlarının nizamlanması

    Əyləc və sürət rıçaqları elə quraşdırılmışdır ki, adətən sürücülərin əksəriyyəti üçün rahatdır.
    Əyləc tutacağı məsafəsi
    Əyləc tutacağı və sükan tutacağı arasındakı məsafə bir çox velosipedlərdə tənzimlənə bilər.
    Əgər sizin əlləriniz əyləcə çatmaq və basmaq üçün kiçikdirsə, dilerinizdən əyləc riçağını tənzimləməsini və ya daha qısa məsafədə quraşdırmasını xahiş edin.

    Şlem

    Velosipedi idarə edərkən həmişə yaxşı keyfiyyətli qoruyucu şlem taxılması vacibdir.

    Reflektorlar

    Reflektorlar sizin təhlükəsizliyiniz üçün əsasdır. Bəzi ölkələrdə korpusun önünə və yanlarına, həmçinin pedallara və təkərlərə reflektorlar qoyulması məcburidir.

    İşıqlar

    Əgər velosipedi qaranlıq düşəndən sonra sürməyi düşünürsünüzsə, velosipedin işıqları olmalıdır. Bu işıqlar həm yolu görməyə, həm təhlükənin qarşısını almağa imkan verir, həmçinin digər sürücülərin sizi görməsini təmin edir. Bəzi ölkələrdə dilerlərin işıqlarının olmadığı velosipedləri satmalarına icazə verilmir.

    Sükanların hündürlüyü və bucağı

    Əgər sizin velosiped yivsiz sükan gövdəsi ilə təmin edilmişsə, sükanın hündürlüyü diler tərəfindən tənzimlənməlidir. Digər velosiped növlərində siz sükanın hündürlüyünü özünüz müəyyən edə bilərsiniz. Kontrqaykanı saat əqrəbi istiqamətində üç və ya dörd dəfə çevirin. Əgər bolt yuxarıya doğru hərəkət edir, lakin sükan gövdəsi hələ də açılmırsa, kontrqaykaya taxta çəkiclə vurun. Sükan gövdəsini öz tələbatınıza uyğunlaşdırın və maksimum hündürlük işarəsinin görünmədiyi dərəcədə qabaq təkərə tənzimləyin. Kontrqaykanı bərkidin ki, sükan qabaq təkəri sərbəst şəkildə hərəkət etdirməsin. Əyləc kabellərinin velosipedin hər hansı bir hissəsinə toxunmadan və ya dolaşmadan sükanın hər iki istiqamətdə sərbəst dönməsini təmin edin. Bəzi velosiped modellərində sükanın hündürlüyünün dəyişdirilməsi qabaq əyləclərin işinə təsir edə bilər. Əgər əyləclər düzgün işləmirsə, dilerinizdən onları nizamlamağı xahiş edin. Sükan və gövdəsini tənzimlədikdən sonra həmişə onların möhkəm sıxıldığını iki dəfə yoxlayın.

    Oturacağın tənzimlənməsi

    Oturacağın müvafiq hüündürlükdə tənzimlənməsi rahat və effektiv yürüyüş üçün vacib amildir.

    Oturacağın hündürlüyünün müəyyən edilməsi

    Oturacağın düzgün hündürlüyü ayaqların uzunluğundan asılıdır. Oturacağın hündürlüyünü yoxlamaq üçün:
  • Oturacağa əyləşin
  • Dabanınızı pedala qoyun
  • Pedalın oturacağın borusuna ən aşağı dərəcədə parallel səviyyədə olmasınadək rıçağı çevirin.
  • Bu səviyyədə sizing ayağınız demək olar ki, tam uzanmış vəziyyətdə olmalıdır. Əgər düzəldilməmişsə, oturacağın hündürlüyünü tənzimləyin. Oturacağın hündürlüyünü tənzimləmək üçün vinti və ya oturacağı bərkidən halqanı boşaldın və oturacaq dayağını ya yuxarıya ya da aşağıya doğru hərəkət etdirin. Sərbəst buraxma rıçaqlarını sıxmadan öncə oturacağın yuxarı boruya parallel durmasından əmin olun. Oturacağın hündürlüyünü yuxarıda təsvir olunduğu qaydada yoxlayın. Oturacaq dayağı hem vaxt maksimum göstəricidən kənara çıxmamalıdır.

    Şaquli vəziyyət

    Oturacağın fiksatorunu boşaldın və sizə uyğun olan ən yaxşı vəziyyəti tapmaq üçün oturacağı yuxarı və aşağıya doğru hərəkət etdirin. Tənzimlədikdən sonra fiksatoru bərkidin.

    Oturacaq bucağı

    Bəzi sürücülər oturacağı üfüqi vəziyyətdə tuturlar, lakin bəzi velosipedçilər oturacağı azacıq bucaq vəziyyətində saxlayırlar.Oturacağın bucağını tənzimləmək üçün oturacağın fiksatorunu boşaldın və arzu olunan istiqamətdə yönəltdikdən sonra yenidən bərkidin. Oturacağın cüzi tənzimlənməsi belə əhəmiyyətli təsirə malikdir. Bir dəfəyə yalnız bir mövqe dəyişməlidir, oturacağın optimal vəziyyətini tapana qədər artan dəyişikliklər etməyə çalışın. DİQQƏT: Oturacağın hər tənzimlənməsindən sonra oturacağın bərkidildiyi vintlərin təhlükəsizliyindən əmin olun. Oturacaqda oturarkən onları tez-tez yoxlayın.

    Korpusun ölçüsü

    Öz ölçünüzə uyğun korpus seçmək vacibdir. Sürücü üçün çox kiçik və ya böyük olan velosiped narahat və təhlükəlidir.

    Korpusun hündürlüyü

    Sizin dileriniz təqdim etdiyiniz məlumata əsasən sizə optimal korpus hündürlüyünə malik velosiped təklif edəcək. Əgər diler mağazaya şəxsən gedirsinizsə, satıcı sizə ən uyğun olan korpus hündürlüyünü təqdim edəcək. əgər velosiped hədiyyə olaraq alınıbsa, korpusun hündürlüyü əvvəlcədən öyrənilməlidir.
    Korpusun hündürlüyünü velosipedi ayaqlarınızın arasında yarım vəziyyətdə tutaraq yoxlayın. Əgər yuxarı boru qarnın aşağısına toxunursa, korpus çox yüksəkdir. Əgər velosiped ancaq yolda sürüləcəksə, yuxarı boru qarnınızdan 2 və 5 sm arasındakı məsafədə olmalıdır. Meşə yolları üçün bu məsafə 7,5 sm olmalıdır, 10 sm-dən çox məsafə isə ölkə boyunca səfərlər üçün nəzərdə tutulub.